Xaçmazda çaydan kişi meyiti tapılıb

Xaçmaz rayonunda çaydan kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, rayonun İstisu qəsəbə sakini 1954-cü il təvəllüdlü Əlixan Vəlixan oğlu Mehdixanovun cəsədi qəsəbə ərazisindən keçən çaydan tapılıb.

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyini və üç gün əvvəl evdən çıxaraq bir daha qayıtmadığı bildirilir.

Ə.Mehdixanovun meyiti çaydan çıxarılıb və tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

0.054610013961792