Ancelina Coli repçi Akala ilə görüntülənib, sevgili olduqları iddia edilir

Aktirsa Ancelina Coli 68-ci London Film Festivalında premyeradan sonra repçi Akala ilə görüntülənib.

hakimiyyet.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Aktirsa dərin dekolte ilə qara şalvar kostyumu və jiletdən ibarət obrazı seçib. Repçi mavi kostyum və şərfdə olub.

Avqustda Anjelina Coli Venesiya Film Festivalında ehtimal olunan sevgilisi - 40 yaşlı Britaniya repçisi Akala ilə görüntülənmişdi. Lakin cütlük birgə çıxışı heç cür şərh etməmişdi. Jurnalistlər cütlüyü birləşdirən münasibətləri öyrənə biliblər.

"Sosial və humanitar problemlər məsələsində onların istəkləri eynidir. Bu illər ərzində onlar qlobal problemlərə həsr olunmuş bir neçə birgə layihə həyata keçiriblər. Coli onun haqqında çox yaxşı danışır", - deyə mənbə qeyd edib.

0.047976970672607