Ağır yanıq xəsarətləri alan körpənin yardıma ehtiyacı var: "Yemək belə ala bilmirik"

Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Xədicə Həsənova deyib.

O bildirib ki, övladı mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:

"Kamranın bir yaşı var. O, mayın 26-da iməkləyərkən qaynar su ilə dolu qazanı üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə aldıqdan sonra evə çıxdıq".

Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyac olduğunu deyib:

"Evə çıxdıqdan sonra Kamranın bütün müalicələrini sizin izləyicilərin sayəsində edə bilmişik. Mazları və dərmanları bitəndə yaraları açılır, su toplayır. Yaşı lap az olduğu üçün başa düşmür, özü öz yaralarını qanadır. Hazırda Kamranın müalicəsini davam etdirmək üçün 500 manata ehtiyacımız var. İnanın, vəziyyətimiz çox ağırdır, nəinki müalicə üçün dərman, heç yemək belə ala bilmirik. Olanımızı satmışıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 837-62-60.

Bank Respublika: 4244 4848 4798 1648.

0.048153162002563