"Bakı Kristal Zalı"na yeni direktor təyin edildi

Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-yə yeni direktor təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, qurumun yeni direktoru Bahar Dadaşova olub.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

"Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında .

0.045689105987549