Gənc məşqçi: "Laçında futbolu inkişaf etdirəcəyik"

Yenidən dirçələn və abadlaşan Laçın şəhərində yaradılmış "Mərkiz" futbol klubunun rəhbəri, gənc məşqçi Elvin Salahov doğma yurda böyük arzularla gəlib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, valideynlərinin söhbətləri nəticəsində uşaqlıqdan xəyalında qurduğu bu qayıdış ona həm də özünün sevib-seçdiyi işlə məşğul olmaq imkanı yaradıb. Elvin hazırda laçınlı uşaqlara və yeniyetmələrə futbolun sirlərini öyrədir, yaxın gələcəkdə isə "Mərkiz"in Azərbaycan Region Liqasında oynamasına nail olmaq istəyir.

Xatırladaq ki, indiyə kimi Laçın şəhərində 570 ailənin (2090 nəfərin) məskunlaşması təmin edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə öz karyerasını quran və uğur qazanan həmvətənlərimiz haqqında növbəti videoçarx Elvin Salahova həsr olunub.

Videoçarxı təqdim edirik:

Gənc məşqçi: "Laçında futbolu inkişaf etdirəcəyik"

Gənc məşqçi: "Laçında futbolu inkişaf etdirəcəyik"

0.05861496925354