"Yuventus"un rəsmi "X" hesabı oğurlanıb və orada Arda Gülerin transferi ilə bağlı paylaşım edilib.
hakimiyyet.az xəbər verir ki, paylaşımda "Yuventus"a xoş gəldin, Arda Güler" sözləri yazılıb.
Həmin paylaşımdan sonra Turin klubu rəsmi açıqlama yayıb: "Hesabımız oğurlandı. Bu hesabda paylaşılan yalan məlumatlara məhəl qoymamağınız xahiş olunur. Problemi həll etmək üçün çalışırıq".