İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" xüsusi təyinatlılarının komandanı, briqada generalı İsmayıl Kaani HƏMAS-ın Tehrandakı ofisində olub.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.
İsmayıl Kaani İsrail qüvvələri tərəfindən zərərsizləşdirilən HƏMAS rəhbəri Yəhya Sinvarın ölümü ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, sentyabrın 27-də İsrailin Beyruta hücumlarından sonra İsmayıl Kaani ilə əlaqə kəsilib. Bəzi mənbələr onun öldüyünü, digərləri isə SEPAH tərəfindən dindirildiyini açıqlayıb. Daha sonra SEPAH generalı Abbas Nilfuruşanın vida mərasimində ortaya çıxıb.
Öldüyü deyilən SEPAH generalı HƏMAS-ın Tehrandakı ofisində olub
Öldüyü deyilən SEPAH generalı HƏMAS-ın Tehrandakı ofisində olub