Türkiyənin Sinop şəhərində yerli sakin Aşık Ecevit adlı şəxs sədaqət simvoluna çevrilib.
hakimiyyet.az-ın "Haber7"-yə istinadla verdiyi məlumata görə, kişi artıq 24 ildir ki, hər gün yol kənarındakı dayanacağa gəlir və taleyin bir vaxtlar ayırdığı sevgilisini gözləyir.
O, sevgilisinin sağ olduğuna və bir gün yenidən birləşəcəklərinə inanır.
24 il ərzində Aşık Ecevit məşhurlaşıb və şəhərin simvoluna çevrilib. Onun hekayəsi xüsusilə dayanacağın yanından müntəzəm keçən yük maşını sürücüsü Sevgi Altınalı təsirləndirib. Kişinin iradəsinə, səbrinə heyran qalan Altınal ona konteyner ev hədiyyə edib. O, bunu Aşıkın əlverişsiz havadan qorunması və qışda isinməsi üçün etdiyini deyib.
Sürücü bütün həssas insanları Aşık Eceviti dəstəkləməyə, ona qida və digər zəruri əşyalarla kömək etməyə çağırıb.
"Gəlin onu tək qoymayaq və bu möhtəşəm insana qayğı göstərək", - deyə Sevgi Altınal bildirib.