Sumqayıtda müəssisədə partlayış olub: Xəsarət alanların son durumu AÇIQLANDI

"Sumqayıt şəhərində yerləşən müəssisədə baş verən partlayış nəticəsində xəsarət alan iki nəfər ambulator müalicə üçün evə buraxılıb".

Bu məlumat hakimiyyet.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"23 oktyabr saat 11:10-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü şəxslər (kişi cinsli) hospitalizasiya olunublar.

Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev işlədikləri müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.055885791778564