"Qatar Airways" İrana qarşı zərbə narahatlığına görə Yaxın Şərqdə bir sıra reysləri dayandırdı

"Qatar Airways" İsrailin İrana gözlənilən zərbəsi fonunda İraq, İran və Livan istiqamətində uçuşları dayandırıb.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" məlumat yayıb.

"Yaxın Şərqdəki hazırkı vəziyyətlə əlaqədar "Qatar Airways" İraq, İran və Livana uçuşları qeyri-müəyyən müddətə dayandırıb", - aviaşirkətin bəyanatında deyilir.

"İordaniyanın paytaxtı Ammana uçuşlar yalnız gündüz saatlarında həyata keçiriləcək", - aviaşirkətdən bildirilib.

Qeyd edək ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə çoxlu sayda raket atıb. İsrail hərbçiləri bu atəşə lazım bildikləri vaxt cavab verəcəklərini deyiblər.

0.045216798782349