"Qalatasaray" Yunus Akgünün maaşını ikiqat artıracaq

"Qalatasaray" futbolçusu Yunus Akgünlə müqaviləni uzatmaq və maaşını ikiqat artırmaq istəyir.

hakimiyyet.az xəbər verir ki, İstanbul təmsilçisi yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq.

"Qalatasaray"ın təklifində oyunçunun maaşının illik 5 milyon avroya artırılması da nəzərdə tutulub.

Qeyd edək ki, Yunus bu mövsüm 13 oyunda 5 qol vurub. 24 yaşlı vingerin müqaviləsi 2026-cı ilin yayına kimidir.

0.26018905639648