33 beynəlxalq səyyahdan ibarət daha bir qrupun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
"Report" xəbər verir ki, səfər "Piki Reels" klubu tərəfindən təşkil olunub. Qrupa klubun rəhbəri İv Buvi rəhbərlik edir.
Bu səfərdə 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Hollandiya və s. ölkələrdən turistlər iştirak edir. Onların səfəri üç gün davam edəcək.
Qonaqlar əvvəlcə Füzuliyə, daha sonra isə Xocavənd və Şuşaya səfər edəcəklər. Səfər planına Xocalı və Ağdama səfər də daxildir və sabah onlar Laçın və Kəlbəcərə gedəcəklər. Sonuncu gün turistlər Cəbrayıl, Qubadlı və Zəngilana səfər edəcəklər.
Bu, "Piki Reels" klubunun sayca 12-ci səfəridir. Səfər çərçivəsində qonaqlar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə tanış olurlar.
Qeyd edək ki, 2020-2024-cü illərdə dünyanın əsas beynəlxalq turizm klubları Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən çox ölkədən 400-dən çox beynəlxalq səyahətçi iştirak edib.