Türkiyənin məşhur müğənnisi və aktrisası Gülben Ergen xəstəxanaya düşüb.
hakimiyyet.az-ın verdiyi məlumata görə, ifaçı bununla əlaqədar özünün sosial şəbəkə hesabından paylaşım edib.
O, ağır şəkildə zəhərləndiyini bildirib və əlində sistemlə şəklini paylaşıb.
"Həyatımda bu qədər ağır və çətin bir zəhərlənmə yaşamamışdım. 72 saatdır hər gün sistem vurdururam. Maraqlanıb mesaj göndərən hər kəsə təşəkkür edirəm", - deyə ifaçı qeyd edib.