ABŞ-də prezidentliyə namizədlərin şansları bərabərləşib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, prezident seçkisinə 10 gün qalmış Respublikaçılar Partiyasının namizədi Donald Tramp və onun demokrat rəqibi Kamala Harrisin qalib gəlmək şansları eynidir. Emerson Kolleci Universitetinin Analitika Xidməti tərəfindən aparılan sorğu göstərib ki, hər iki namizəd respondentlərin 49%-nin dəstəyini alıb. Bu məlumatlar seçicilər arasında güclü qütbləşməni nümayiş etdirir.
Respondentlərin yalnız 1%-i seçimində qərarsız olub, daha 1%-i isə başqa namizədə üstünlük verəcək.
Sorğu oktyabrın 23-24-də keçirilib və ABŞ-də minə yaxın potensial seçicini əhatə edib.
Qeyd edək ki, prezident seçkisi noyabrın 5-nə planlaşdırılıb.