Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində bir şəxsin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış yerinə cəlb ediliblər. Görülən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

0.071043968200684