Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi bəlli oldu

Fransalı mütəxəssis Erve Renar növbəti dəfə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olub.

hakimiyyet.az chmpionat.com-a istinadən xəbər verir ki, o, artıq 2019-2023-cü illərdə bu vəzifədə çalışıb. Milli komanda çalışdırıcının rəhbərliyi altında 2022-ci il dünya çempionatına yüksəlməyi bacarıb.

Renar Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d'İvuar və Mərakeş milli komandalarını da çalışdırıb. Zambiya ilə o, 2012-ci ildə, Kot-d'İvuarla isə 2015-ci ildə Afrika Millətlər Kubokunda qalib olub.

Qeyd edək ki, Renar Səudiyyə Ərəbistanında Roberto Mançinini əvəz edəcək.

0.083955049514771