Azərbaycanın sərbəst güləş millisi dünya çempionatında 3-cü olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Bu barədə hakimiyyet.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın sərbəst güləş üzrə millisi dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar.

hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Məlumatda deyilir:

"Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib olub. Bu yarışda, həmçinin Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazandılar.

Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik.

Böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır".

0.059795141220093