Türkiyəli futbolçu Yunanıstanda çıxdığı ilk matçda mövsümü başa vurdu

Yunanıstanın "Olimpiakos" klubunun türkiyəli futbolçusu Yusuf Yazıcı ilk matçında uğursuzluqla üzləşib.

hakimiyyet.az xəbər verir ki, "Asteras"la matçın 70-ci dəqiqəsində oyuna daxil olan Yusuf Yazıcı zədə səbəbindən matçı başa vura bilməyib.

Türkiyəli futbolçunun dizində ön çarpaz bağlarının qopduğu öyrənilib. Millinin də üzvü olan futbolçu zədə səbəbindən mövsümü başa vurub.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, Yazıcı bu il sentyabrın 28-də Yunanıstan təmsilçisinə keçib.

0.58350491523743