İranda tələbə qız məcburi hicaba etiraz olaraq soyundu

İranda tələbə qız məcburi hicaba etiraz əlaməti olaraq küçədə soyunub.

"Azad İran" xəbər verir ki, Elm və Tədqiqat Universitetinin tələbəsi olan qız məcburi hicab bəhanəsilə radikal və yarımhərbi "Bəsic" qüvvələrinin və digər təhlükəsizlik güclərinin təzyiqinə məruz qalıb.

Bu təzyiqlər nəticəsində onun paltarı cırıldıqdan sonra qız bütün üst geyimini çıxararaq Universitetin həyətində oturub.

Gənc tələbə polis tərəfindən həbs edilərək bölməyə aparılıb.

0.10225796699524