Rusiya ukraynalı futbolçunu terrorçu və ekstremistlər siyahısına saldı

Rosfinmonitorinq ukraynalı futbolçu Aleksandr Əliyevi terrorçu və ekstremistlər siyahısına daxil edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl müstəntiqlər Moskva "Lokomotiv"inin və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı terrora çağırış ittihamı ilə cinayət işi açıblar.

İstintaqın məlumatına görə, o, açıq şəkildə Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində terror aktı törətməyə çağıran videonu yayıb. İstintaq Komitəsinin paytaxt şöbəsinin müstəntiqləri idmançını axtarışa veriblər.

0.047634840011597