Qəzza zolağında davam edən döyüşlərdə azı 182 jurnalist həlak olub.
hakimiyyet.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Qəzza zolağında davam edən döyüşlər onu işıqlandırmaq istəyən jurnalistlərə ciddi zərbələr vurur. Söhbət bu döyüşlər zamanı öldürülən 182 jurnalistdən gedir, onlardan bəziləri ailələri ilə birlikdə həlak olublar", - deyə telekanal qeyd edir.
Kanal bildirir ki, mülki ərazilər və infrastruktur tez-tez hədəfə alınır, hava zərbələrinə məruz qalır, bu da jurnalistlərin hadisələri təhlükəsiz şəkildə yayımlamasını çətinləşdirir.