Medvedevdən Trampın qələbəsinə dair paylaşım:  "Pul xərcləməyi sevmir"

"Respublikaçı Donald Trampın Ukrayna da daxil olmaqla, müxtəlif "ələbaxanlara" pul xərcləməyi sevməməsi Rusiya üçün faydalı keyfiyyətdir".

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" hesabında yazıb.

"Trampın bizim üçün faydalı olan bir keyfiyyəti var: kökündən bir iş adamı kimi o, müxtəlif "ələbaxanlara", axmaq müttəfiqlərə, uğursuz xeyriyyə layihələrinə və "acgöz" beynəlxalq təşkilatlara pul xərcləməyi çox sevmir. Ukrayna da bu sıradadır", - deyə o bildirib.

0.047512054443359