İranda yarıçılpaq vəziyyətdə etiraz edən gənc qız dəlixanaya yerləşdirildi

Məcburi hicaba etiraz olaraq universitet həyətində paltarını soyunan tələbə Ahu Dəryayi dəlixanaya köçürülüb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın hökumət sözçüsü Fatimə Mühacirani bildirib.

O qeyd edib ki, Ahu Dəryayi psixi xəstəlikdən əziyyət çəkir.

Yeri gəlmişkən Beynəlxalq Əfv Təşkilatı məsələ ilə bağlı bəyanat yayaraq, dəlixanaya salınan qızın dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, Tehran Azad Universitetinin fransız dili və ədəbiyyatı ixtisası tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicab tələbinə etiraz olaraq paltarlarını soyunub və yarıçılpaq halda universitetin həyətində gəzməyə başlayıb. Polislər onu bölməyə, oradan isə psixiatriya xəstəxanasına aparıblar.

İranın Kermanşah şəhərində Ahu Dəryayinin həbsinə qarşı etiraz aksiyası keçirilib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, etirazçılar məcburi hicaba qarşı çıxıblar və bir neçə gün əvvəl Tehranda etiraz əlaməti olaraq soyunan tələbə Ahu Dəryayinin azad olunmasını tələb ediblər.

Məlumata görə, ətrafda olan insanlar da etirazçıların şüarlarını dəstəkləyiblər və onlara qoşulublar.

0.047481060028076