Fətullah Gülənin nəvəsinin ABŞ ordusunda zabit olduğu üzə çıxdı

FETÖ lideri Fətullah Gülənin qardaşı qızı Hansa Zeynep Kalaçın oğlu Hayreddin Kalaçın ABŞ ordusunda zabit olduğu üzə çıxıb.

Bu barədə hakimiyyet.az "Haber Global"a istinadən xəbər verir.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Fətullah Gülənin qardaşı Seyfullah Gülənin qızı Hansa Zeynep ilə evli olan və təşkilatın sıralarında yer alan Adem Kalaç 15 iyul çevriliş cəhdindən əvvəl ABŞ-də təsis edilən və fəaliyyət göstərən Ebru TV-nin idarəçiliyini həyata keçirib.

Adem Kalaç, həmçinin son anına qədər Fətullah Gülənin yanından ayrılmayan, "Uzun Cevdet" ləqəbli və Gülənin "qara qutu"su olan Cevdet Türkyolunun bacanağıdır.

Hansa Zeyneplə evli olduğu üçün "kürəkən heyəti"ndə yer alan Adem Kalaçın 4 uşağından biri olan Hayreddin Kalaçın ABŞ ordusunun zabiti olduğu ortaya çıxıb.

Hayreddin Kalaç Nyu-Cersidə yerləşən və ABŞ ordusu üçün zabitlər hazırlayan "The Scarlet Knight Battalion-Army ROTC at Rutgers" Universitetində təhsil alıb. 23 may 2023-cü ildə leytenant rütbəsi ilə məktəbdən məzun olub. Onun məzuniyyət mərasimində təşkilatın idarə heyətində yer alan atası Adem Kalaç və Fətullah Gülənin doğma qardaşı qızı olan anası Hansa Zeynep Kalaç da iştirak ediblər. ABŞ vətəndaşı olaraq həyatına davam edən Hayreddin Kalaç ABŞ ordusunda zabit kimi vəzifəsini davam etdirir.

0.049183130264282