Sabah Bakının bəzi yollarında müvəqqəti məhdudiyyətlər olacaq

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət ünvanlayıb.

Qeyd olunub ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" Ticarət Mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metro stansiyası - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;

- N.Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - H.Əliyev sarayı - Mərkəzi Bank - "28 Mall" Ticarət Mərkəzi;

"Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almalarını xahiş edirik.

Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək", - deyə məlumatda bildirilir.

0.046436786651611