Qış gəlməzdən əvvəl avtomobilin mühərrik yağını dəyişdirin - Mütəxəssis səbəblərdən danışdı

Temperatur aşağı düşdükcə yağ daha qatı, yapışqan olur ki, bu da onun sirkulyasiyasını çətinləşdirir və şaxtada mühərrikin uğurlu işə salınması şansını azaldır. Köhnə yağ və ya onun aşağı səviyyəsi mühərriyi yeyilmədən qoruya bilmir.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "Rossiyskaya Qazeta"nın avtomobil mütəxəssisləri xəbərdarlıq ediblər.

Ekspertlərin sözlərinə görə, soyuqlar düşməzdən əvvəl yağın dəyişdirilməsi avtomobilin işə salma problemlərinin qarşısını almağa kömək edir və mühərriyin vaxtından əvvəl yeyilməsi riskini azaldır.

Köhnə və ya uyğun olmayan yağda isə yanma və yeyilmə məhsulları toplanır, bu da aşağı temperaturlarda yağın qatılaşması ehtimalını artırır. Güclü şaxtada bu, yağın səmərəli sirkulyasiya etməməsinə və nəticədə mühəriyin zədələnməsinə səbəb ola bilər.

Məqalədə bildirilir ki, qış mövsümündən əvvəl yağın vaxtında dəyişdirilməsi avtomobilin, xüsusilə də mühərriyi artıq daha çox yeyilməyə məruz qala bilən köhnə modellər üçün etibarlılığını artırır. Qış üçün yağ seçərkən onun özlülüyünə (qatılığına) diqqət yetirmək lazımdır. Aşağı özlülüklü yağ (məsələn, 0W-...) soyuq iqlim üçün daha uyğundur, çünki axıcılığını qoruyur və işə salma zamanı mühərrikin hissələrinə tez çatır. Daha yüksək özlülüyə malik yağlar (məsələn, 10W-...; 15W-...) həddindən artıq qatı ola bilər ki, bu da soyuq başlanğıcda mühərrikin yeyilməsini artırır.

Qış mövsümü üçün mütəxəssislər aşağı temperaturlarda öz xüsusiyyətlərini daha yaxşı qoruyan sintetik yağlardan istifadə etməyi tövsiyə edirlər. Bunların arasında xüsusilə PAO (Polyalphaolefin) və GTL (Gas-to-Liquid) əsaslı yağlar fərqlənir. Bu yağlar qazdan istehsal olunur və bir sıra üstünlüklərə malikdir ki, bu da onları avtomobil həvəskarları arasında tələbolunan edir.

PAO və GTL yağları oksidləşməyə daha az məruz qalır, bu səbəbdən daha uzun müddət xidmət edir və xüsusilə ekstremal temperatur dəyişmələrində və ya uzun dəyişdirmə intervallarında mühərriyi yeyilmədən daha yaxşı qoruyur. Bu yağlar, həmçinin yüksək sürüşmə yüklərinə davamlılığa malikdir, mühərrik hissələrinin etibarlı qorunmasını təmin edir, aktiv istismar və şaxta şəraitində nasazlıq riskini azaldır.

Yüksəkyürüşlü və yeyilmə əlamətləri olan mühərrikli avtomobillər üçün kipləşdiriciləri bərpa etməyə və yağ sızmasını minimuma endirməyə kömək edən əlavələri olan yağlar seçmək tövsiyə olunur. Bu cür yağlar mühərrikin rezin-texniki hissələrinin elastikliyini dəstəkləyən və bərpa edən xüsusiyyətlərə malikdir. Bu cür yağların əlavə yuyucu xüsusiyyətləri çöküntülərlə mübarizə aparmağa və hətta komponentlərinin müəyyən yeyilməsi zamanı mühərriki işlək vəziyyətdə saxlamağa kömək edir.

0.048583030700684