UEFA Avropa Liqası: Toral Bayramovun qolu həftənin ən yaxşısı adına namizəddir

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.

hakimiyyet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Liqa mərhələsinin IV turunda digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgündür.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Xatırladaq ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

0.046662092208862