İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Azərbaycanın müdafiəsinə qalxdı

Azərbaycan əleyhinə təbliğat kampaniyasının geniş vüsət aldığı bir vaxtda İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sabiq sədri Heşmətullah Fəlahətpişə əsassız iddialara etiraz edib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o özünün sosial şəbəkə hesabından paylaşım edib.

"Heç bir dəlil-sübut olmadan İrana hücumda Azərbaycanın İsrailə kömək etdiyini iddia edirlər! Bu, Livanda atəşkəs ehtimalı olduğu halda belə, İranı müharibə vəziyyətində saxlamağa çalışan cərəyanın "B planı"nın bir hissəsidir", - deyə politoloq vurğulayıb.

0.049401998519897