Balaca Aysunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

9 aylıq Aysunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Nəzrin Nağıyeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

"Aysun fevral ayında dünyaya gəlib. O, 3-4 aylıq olarkən bədənində ləkələr yaranmağa başladı, həkim müayinəsi zamanı isə onun bu ağır xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Həkimlər diaqnozun tez qoyulub müalicələrini vaxtında etdiyimiz üçün bu xəstəliyin inkişafının qarşısını ala biləcəyimizi deyirlər. Aysunun analizlərini biz Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Onlar da müayinə üçün Türkiyəyə getməli olduğumuzu dedi, amma bizim buna imkanımız yoxdur".

Gənc ana övladının müalicəsi üçün yardım istəyib:

"Aysunun müalicələrini bacardığımız qədər vaxtlı-vaxtında edirik. Ona görə də həkim onun səhhətində irəliləyiş qeydə alındığını deyir. Hazırda maddi vəziyyətimiz müalicəni davam etdirməyə imkan vermir. Aysunun müalicəsi üçün bizim aylıq 350-400 manata ehtiyacımız olur. Buna görə də sizin saytın izləyicilərinə üz tutub, onlardan dəstək istəyirik".

Ailə ilə əlaqə: (055) 394-82-19.

Uni Bank: 5169 3544 1513 0381.

0.23557305335999