Motosikletlər velosiped zolaqlarında ciddi təhlükə yaradırlar - NARAZILIQ

Bakı şəhərində salınan velosiped zolaqlarında motosikletlərin hərəkəti ciddi narazılığa səbəb olub.

hakimiyyet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətlərə görə, bu cür vəziyyət velosipedçilər və skuterçilər üçün real təhlükə yaradır.

Velosiped zolaqlarında motosikletlərin hərəkəti qanuni hesab olunurmu?

Bakı Şəhəri Baş Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli hakimiyyet.az-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar motosiklet və moped anlayışlarını qarışdırırlar:

"Velosiped zolaqlarında skuter və velosipedlərdən başqa mopedlərin hərəkəti qadağan edilmir. Əgər söhbət dövlət nömrə nişanı olan motosikletlərdən gedirsə, onların velosiped zolağı ilə hərəkət etməsi də digər nəqliyyat vasitələri kimi, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 2 cərimə balı və 100 manat məbləğində cərimə yaradır", - deyə T.Nəsirli vurğulayıb.

Əzizə İsmayılova

0.050384998321533