Baş danışıqçı: "COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik"

"COP29-da iqlim dəyişikliyi ilə bağlı kompleks işlər görməliyik".

"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin ikinci günündə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COP29-un ilk günü uğurla başa çatıb:

"Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar".

Nazir müavini məlumat verib ki, Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq:

"Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır".

0.046036958694458