Muxtar Babayev: "İtki və Zərərə Cavab Fondunun fəaliyyəti üçün mühüm işlər görülüb"

"Mən İtki və Zərərlərə Cavab Fondunun gündəliyini diqqətinizə çatdırmaqdan qürur duyuram. COP29-da irəliləyişə nail olmaq üçün biz ilboyu intensiv işlər görmüşük".

hakimiyyet.az xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev "Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin optimallaşdırılması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, hazırda fondun mühüm yeni sənədləri imzalanır:

"Birinci sənəd Fondun qərargahının yerləşdiyi Filippinlə, ikinci sənəd Dünya Bankı ilə, üçüncü sənəd isə donor ölkələrlə imzalanıb. 2025-ci ildə İtki və Zərərə Cavab Fondu inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərəcək. Öhdəliklərini təsdiq edən ölkələrin səylərini yüksək qiymətləndiririk. Bu sənədlərin imzalanması ilə maliyyə axınının təmin edilməsi həssas icmalar üçün vacib rol oynayacaq".

Aygün Mirakif

0.086861848831177