Baş həkim özünü "Bağdadın kor xəlifəsi" kimi aparır... - GİLEY

"Bu adam Qusar rayon səhiyyəsinə rəhbər təyin olunandan sonra, rayon əhalisinin “qara günləri” başladı". Bu sözlər Qusar rayon sakinləri adından Prezidentə müraciət edən Səlimxanov Fazil Aydəmir oğlunun məktubunda yer alıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mübariz Zeynalovun tək bir amalı var:Çoxlu var-dövlət toplamaq.Rayon səhiyyəsinə ayrılmış vəsaitləri nağdlaşdırıb cibinə qoyur,dövlət tərəfindən pulsuz verilən dərmanları pulla satır.Baş həkim kimi bu adamın qəbuluna düşə bilmirik, heç kimi qəbul etmir,qapıdan qovur. Şikayət edəndə deyir ki,gedin hara istəyirsiniz şikayət edin ,buranın “xozeyini” mənəm,mənim arxamda nazir Oqtay Şirəliyev dayanıb,mən heç kimdən qorxmuram.

Baş həkim M.Zeynalov işlədiyi müddətdə çox böyük var-dövlət toplayıb. Bakı şəhərində 5 evi var,Qusar şəhərində böyük villası,Quba şəhərində 6 evi var. Bundan savayı çox böyük biznes şəbəkəsinə malikdir. Bakı şəhərində marketləri,Quba-Qusar rayonlarında market və restoranları, Avropa ölkələrində şirkəti mövcuddur.Baş həkim maşın kolleksiyası toplamağı da çox sevir.Bahalı maşınların bütün növlərini özünə “xobbi” edib".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident, Siz 2020-ci ilin yanvar ayından Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinin TƏBİB- in tabeliyinə verilməsi barədə sərəncam imzalamısınız.Səhiyyə naziri Oqtay Şirəliyev sizin sərəncamınızın əksinə olaraq,Qusar rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxs olması barədə əmr verib və Mübariz Zeynalovu baş direktor təyin edib.Səhiyyə Nazirliyinin bu cür əmr verməyə hüquqi cəhətdən ixtiyarı yoxdur,bu prezidentin iradəsinə qarşı çıxmaqdır.M.Zeynalov deyir ki, mən bu əmri almaq üçün yüz min manat “tərləmişəm”.

Göründüyü kimi,baş həkim Mübariz Zeynalov “xırda-xuruş pullarla oynamır”.Cibində xırda pul yoxdur.Mübariz Zeynalov xəstəxanada yaxın adamlarına deyir ki,bura artıq mənim üçün balacadır,bu yaxınlarda Qusar rayonuna başçı təyin olunacağam, “haqqını” vermişəm.

Cənab Prezident, biz qusarlılar həmişə sizin siyasətinizi dəstəkləyirik,həmişə sizin yanınızdayıq və sizin ədalətinizə inanırıq".

0.037943840026855