Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri

2018-ci ildə prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev ciddi islahatlara start verdi. Prezident öz çıxışlarında açıq şəkildə mesajlar verdi ki, əvvəlki dönəmi yaddan çıxarmaq lazımdır. Azərbaycan yeni dönəmə daxil olub. Ona görə də neqativ halların qarşısı alınmalıdır. Amma bəzi rəhbərlər bu mesajları başa düşmək istəmirdilər, ya da qulaq ardına vururdular.
Ötən ildən başlayaraq korrusiyaya bulaşmış icra başçıların elə iş başındaca həbsləri prezidentin bu məsələdə qətiyyətli mövqe tutduğunun bariz nümunəsi idi.
Yaqin ki, bu proses davam edəcək. Əhalini mövcud itidardan narazı salan, faktiki olaraq destruktiv fəaliyyətlə hələ də məşğul olan icra başçıları az deyil. Onlardan biri də Əhəd Abıyevdir.

Deputatlıqdan başlayan yol

Əhəd Abıyev birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. Parlamentdəki fəaliyyəti dövründə qanunvericiliklə bağlı elə bir təklifi ,əməyi olmayıb. Ancaq qalmaqallarla gündəmə gəlib.
Ancaq Ucqar Daşkəsən rayonuna başçı təyin olunandan sonra hər şey dəyişdi. Həm rayon əhalisinin güzaranı, həm özünün.
Sabahnews.az bildirir ki, millət vəkili olarkən 3 otaqlı evi olan cənab Abıyevin 2011-ci ildən sonra əmlakı göbələk kimi artmağa başladı. Söhbət heç Gəncədə, Göygöldə, Bakının mərkəzində olan mənzillərdən, bağ evlərindən də getmir. Avropanın ən bahalı şəhərlərində, prestij məhəllələrində, qiyməti milyonlarla ölçülən əmlakdan gedir.
Əksinə, Daşkəsən əhalisi 2011-ci ildən etibarən var-yoxdan çıxmağa başladı, Abıyev korrupsiyasının bütün ağırlığını öz çiynində hiss etdi.

Daş karxanaları-şərikli biznes

Abıyevin ilk işi rayondakı daş karxanalarını ələ keçirmək oldu. Həmin vaxt bu karxanaların çoxu əvvəlki icra başçısı Tahir Kərimova məxsus idi. O isə Salyan rayonuna təyinat almışdı. Karxanaları belinə şəlləyib Salyana aparası deyildi. İki icra başçısı öz aralarında razılığa gəldilər. Bundan sonra karxanaları şərikli idarə edib pulu bölüşdürdülər.
Abıyevin özünün başqa karxanaları da var.
Həm də verilən xəbərə görə icra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac-xərac toplamasa, onların fəaliyyətinə imkan verməz.

Daxili tender və silinmiş milyonlar

2016-cı ildə mətbuat Daşkəsəndə genişmiqyaslı korrupsiyaya start verən Abeyev haqda xeyli yazdı. Məlumata görə, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat silmişdi.Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirmiş, daha doğrusu, icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını yumuşdular.
Bildirilirdi ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib.
Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.
Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.
Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirmişdi. Həmin yolun ümumi tikintisinə guya 13 milyon manat vəsait xərclənmişdi.
İndi məlum olur ki, dövlətin ayırdığı və təyinatı üzrə xərclənməyən pullar Abıyevin Avropadakı mülklərinin alınmasında necə rol oynayıb.
Abıyevin isə iştahası artırdı. Artıq Daşkəsən ona çox kiçik gəlirdi. Gah Binəqədiyə, gah Xətaiyə, gah da Yasamala icra başçısı təyin olunacağı ilə bağlı özünə yaxın mətbu orqanlara məlumatlar ötürürdü.Sabahnews.az

0.04645299911499