COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində "Bakı sıçrayışı" kimi öz damğasını vurub.
hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.
"Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.
Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.
O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını qəbul edirik.
Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri qismində nəticələr əldə etmək üçün səmimi vasitəçi kimi çıxış edib", - o qeyd edib.
COP29 concluded successfully, leaving its mark on the history of global climate action as the “BakuBreakthrough” with the establishment of a new financial target among other critical achievements. However, during the most critical and challenging moments of the negotiations,… pic.twitter.com/ZUWCB0gWVs
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 24, 2024