Bu şəxslər xidməti vəsiqə ilə evdən çıxa bilər - Siyahı

Operativ Qərargahın 5 aprel 00:00-dan 20 aprel 00:00-dək ölkədə hərəkətin məhdudlaşdırılması ilə bağlı yeni qərar qəbul edib.
Hakimiyyet.Az xəbər verir ki, yeni qərara əsasən. aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
• Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
• Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
• mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
• İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
• dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
• Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
• Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
• dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
• dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
• hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
• kütləvi informasiya vasitələrinin əməkdaşları;
• Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Hakimiyyet

0.61333012580872