Yardımların mənimsənilməsi və daha nələr, nələr... - Yardımlıda nə baş verir?.. - VİDEOLAR

ƏVVƏLKİ SAYIMIZLA BU LİNKDƏ TAMIŞ OLA BİLƏRSİNİZ

Yardımlının kasib və doğrudan yardıma möhtac insanlarının tək bir istəyi var: Prezident və Birinci Vitse-Prezident onların səsini eşitsin, onlara ədaləti qaytarsın və yardımlıları rayon rəhbərlyinin zülmündən xilas etsinlər...

Koronavirusun tüğyan etdiyi bir zamanda Yardımlının icra başçısınln müavini Mahir Mirzəyev PİA.az-a qarşı xüsusi ittiham qaydası ilə məhkımə iddiası qaldırıb. İddia özü belə, gülüncdür və bu barədə karantin bitəndən sonra ətraflı məlumat verəcəyik. Hələliksə, onu deyək ki, son günlər Yardımlı rayonunun rəhbərliyi və Mahir Mirzəyev doğrudan da sosial şəbəkələrin, xüsusən "Yotube" kanalının "ulduzuna" çevrilib.

Son bir ayda internet TV-lər Yardımlıda baş alıb gedən məmur özbaşınalıqları, rayona rəhbərlik edən Ayaz Əsgərovun, Başçının birinci müavin Azər Xamıyevin və Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevin Yardımlını necə talan etmələri ilə bağlı onlarla videoçarx yerləşdirilib. Bu videoçarxların əksəriyyətində məmur özbaşınalıqları və ədalətsizliyi qarşısında aciz qalan yardımlılar ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, onlardan yardım və ədalət istəyirlər. Bu fağır, kasib və doğrudan yardıma möhtac insanların tək bir istəyi var: kasib və doğrudan yardıma möhtac insanlarının tək bir istəyi var: Prezident və Birinci Vitse-Prezident onların səsini eşitsin, onlara ədaləti qaytarsın və yardımlıları rayon rəhbərlyinin zülmündən xilas etsinlər.

Elə şənbə günü Yardımlının Ostayr kənd sakinlərinin adından PİA.az-a daxil olan elektron məktubda belə yazılır: "Xahiş edirik, bizim səsimizi Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident, H.Əliyev Fondun prezidenti Mehriban Əliyevaya çatdırın. Qoy onlar bizə kömək etsinlər. Yardımlı rayonu icra hakimiyyətinin başçısı və müavinləri tərəfindən talanır, bizi bu məmurların əlindən xilas edin".

Bu sətirləri oxuduqca, həmin vətəndaşlara fəryad kimi məktubu yazdıran səbəblərə adamın inanmağı belə, gəlmir. Adamın inanmağı gəlmir ki, 2020-ci ildə Azərbaycanın Yardımlı rayonundan insanlar onları idarə edən məmurlar haqqında ölkə rəhbərliyinə belə bir məktub yazırlar və onları məmurların zülmündən xilas etməyə çağırırlar. Axı biz orta əsrlərdə yaşamırıq...

Görünür ki, Yardımlını idarə edənlər - Ayaz Əsgərov, xüsusən də Mahir Mirzəyev (Niyə Mahir Mirzəyev? Çünki 10 ildən çoxdur ki, Yardımlı deyərkən, hər kəsin ilk ağlına gələn Mahir Mirzəyev olur və 2005- ci ildən o, Yardımlının "sahibi" olaraq bilinir), Prezidentin çıxışlarını heç izləmirlər. Son zamanlar baş verənlərdən də xəbərsizdirlər və Prezidentin islahatlarından bixəbərdirlər, ya da özlərini bu islahatların çərçivəsində görmürlər. Ya da onlar Prezidentin ədalətinin onlardan yan keçəcəyinə nəyə görəsə əmindirlər. Yoxsa ki, Yardımlının iki addımlığında baş verən Neftçala həbslərindən sonra belə, Mahir Mirzəyev yardımlıları bu şəkildə incitməyə, onlara zülm etməyə cəsarət etməzdi. Yoxsa, Mahir Mirzəyev H.Əliyev Fondunun yolladığı yardımları ünvanlarına, yəni ehtiyacı olan insanlara çatdırardı, daha yardımlıların iddia etdiyi kimi, öz yaxınlarına dağıtmazdı.

Yardımlıda baş verənləri uzun-uzadı izah etməyə çalışmayacağıq. Çünki aşağıdakı videolar Yardımlıdakı vəziyyəti çox aydın şəkildə izah edir.

Aşağıda tanış olacağınız bu videoçarxların böyük əksəriyyəti ötən həftə və bu ay "Yotube" kanalına yerləşdirilib.

Birinci videoda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Yardımlıda ehtiyacı olan insanlara yolladığı yardımların ünvana çatmamasından bəhs edilir:

İkinci videoda da Yardımlı sakinləri H.Əliyev Fondundan göndərilən yardımların məmurların qohumlarına verildiyini idda edirlər:

Üçüncü videoda Yardımlı sakini sosial yardıma görə ondan rüşvət tələb olunduğunu iddia edir:

Haşiyə: Qeyd edək ki, ötən illərdə ölkə mətbuatında Mahir Mirzəyevin Yardımlıda vəzifədə olan qohumlarının siyahısı yayılmışdı. Həmin siyahı internet resurslarında hələ də qalmaqdadır və bu siyahıya baxdıqda belə görünürdü ki, icra başçısı vəzifəsi istisna olmaqla, Yardımlıda bütün vəzifələr Mahir Mirzəyevin əmioğllularına, dayıoğullarına məxsusdur. Daha sonra Mahir Mirzəyevin qohumlarının bəziləri vəzifələrdən alındı. Görünür ki, mətbautda yayılan məlumatlardan sonra Bakıdan gələn təlimat belə olmuşdu...

Dördüncü video Yardımlının mərkəzindəki H.Əliyev küçəsinin vəziyyətini göstərir və bu mənzərəni gördükdən sonra deməyə söz belə, qalmır:

Beşinci videoda Yardımlıdakı Mahir Mirzəyevin villalarından söhbət açılır:

Altıncı videoda Yardımlı icra hakimiyyətində şəhid ailələrinin təhqir olunmasından bəhs edilir:

Yeddinci videoda Yardımlıdakı bir məktəbin görüntüləri hər kəsi şoka salacaq. Videoda iddia olunur ki, Mahir Mirzəyev yeni məktəbin tikintisinə ayrılan pulları mənimsədiyinə görə tikinti yarımçıq qalıb və bu üzdən də şagirdlər, bayquşların belə, bəyənəməyəcəyi bir uçuq-sökük bir yerdə təhsil alırlar:

Növbəti videoda Mahir Mirzəyevin Yardımlının mərkəzində daimi yaşadığı villası nümayiş etdirilir. Bəzi iddalara gğrə bu villanın qiyməti 4 milyon manatdır:

Bu videoda isə Mahir Mirzəyevin Bakıdakı mülklərindən, villalarından və maşın kolleksiyasından və oğlunun gecə həyatından bəhs edilir:

Bu vidoda isə Mahir Mirzəyevin 150 min dollara avtomobil aldığı iddia olunur:

Sonuncu təqdim etdiyimiz videoda isə sual olunur: Yardımlını uçuruma aparanlar kimlərdir?

Bəs Yardımlıdan gələn fəryadları prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətinə necə çatdıraq? Bu sual təkcə Yardımlı üçün deyil, bir çox rayonlar üçün də aktualdır...

P. S. Qeyd edək ki, təqdim etdiyimiz videoçarxların əksəriyyəti son həftə və bu ay sosial şəbəkələrdə yayımlanıb. Yardımlı və Mahir Mirzəyev haqqında sosial şəbəklərdə yayımlanan vidoçarxlar isə onlarladır. Və bütün bu videoçarxlarda Yardımlı sakinləri Prezidentə və Birinci Vitse-Prezidentə müraciət edərək kömək istəyirlər.

Biz bütün bu iddiaların "Quran ayəsi" olduğunu iddia etmirik. Lakin bütün bu videoçarxlarda vətəndaşların ölkə rəhbərliyinə etdikləri müraciətlərdə özbaşınalıqdan, korrupsiya və cinayət tərkibli digər əməllərdən bəhs edildiyinə görə, müvafiiq qurumların bu iddiaları araşdırması gərəkdiyini düşünürük. hesab edirik ki, Yardımlı icra hakimiyyəti və Mahir Mirzəyev də bu araşdırmalarda maraqlı tərəf olmalıdırlar. Çünki məhz bu araşdırmalar nəticəsində onlar ictimaiyyət qarşısında "təmizlənə" bilərlər.

Lakin belə görünür ki, Yardımlı İcra Hakimiyyəti və Mahir Mirzəyev mətbuatı susdurmaqla, hətta jurnalistləri həbs etdirməklə vəziyyətdən çıxmağa çalışır. Bu isə Yardımlının problemini həll etmir...

0.067966938018799