Dağıdıcı maliyyə böhranına hazır olun! - XƏBƏRDARLIQ

Böyük Britaniya Mərkəzi Bankının keçmiş rəhbəri Mervin Kinq dünyanın demokratik bazar sistemi üçün dağıdıcı nəticələrə səbəb olacaq yeni iqtisadi və maliyyə böhranı ilə üzləşdiyini söyləyib.

“Report” un məlumatına görə, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, 2008-2009-cu illərdə baş verən qlobal iqtisadiyyatdakı xaos təkrarlana bilər. Kinq hesab edir ki, növbəti iqtisadi və maliyyə böhranı demokratik bazar sisteminin legitimliyini məhv edə bilər.

“Maliyyə-kredit siyasətinin yeni ortodoksiyasına riayət edərək, bank sistemini etibarlı etdiyimizi iddia edərək bu böhrana doğru irəliləyirik”.

Bununla yanaşı, o əlavə edib ki, Amerika Birləşmiş Ştatları mümkün “maliyyə armaqedonun”dan ciddi şəkildə əziyyət çəkəcək.

Onun sözlərinə görə, Federal Ehtiyat Sistemi ABŞ-dakı siyasi böhrana dözmək üçün lazımi gücə sahibdirsə, bunun qarşısını almaq olacaq.

 

Hakimiyyet.Az

0.052751064300537