"Vaqif Əliyev və qohumları" işində zərərçəkənlər prezidentə VİDEOMÜRACİƏT ediblər

"Vaqif Əliyev və qohumları" işində zərərçəkən şəxslər prezident İlham Əliyevə videomüraciət ediblər.

AFN.az xəbər verir ki, zərərçəkənlər videoda iş üzrə istintaqın gedişatından narazılıqlarını bildiriblər. Onlar V.Əliyevin və oğlu Orxan Əliyevin həbs olunması üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, hələ də azadlıqda gəzmələrini qeyd ediblər.

Videomüraciəti təqdim edirik:

Bundan başqa, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı keçən dələduzluq əməlindən zərər çəkənlərin vəkili Emil Bədəlov baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət ünvanlayıb.

AFN.az xəbər 
verir ki, vəkil Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə açılmış olan cinayət işi üzrə istintaqın gedişindən narazıdır. O, müraciətində qeyd edir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, II dərəcəli hüquqşünas Rüstəmov Elnur Rəşid oğlu tərəfindən Qarayev Nicat Maarif oğlu barəsində cinayət işi başlanaraq istintaqı aparılır:

“Hazırda həmin cinayət işinin istintaqı ilə bağlı 02.08.2019-cu il tarixdə Qarayev Nicat Maarif oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində 03 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilib. Verilmiş ittihamın mahiyyətinə görə N.Qarayev 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin Azf-099 layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Quliyev Elçin Rəhim oğlunu özünün xalası oğlu Əliyev Orxan Vaqif oğlunun (Vaqif Əliyevin oğlu-red.) səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini yalandan vəd edib.

Belə niyyəti olmadan 2018-ci ilin sentyabr ayında 20.000 manat, 2018-ci ilin oktyabr ayında 30.000 manat, 2019-cu ilin yanvar ayında 40.000 manat, 2019-cu ilin mart ayında 20.000 manat olmaqla, ümumilikdə 110.000 manat məbləğində pul vəsaitini özünün icarə əsasında işlətdiyi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Astoriya” restoranında Elçin Quliyevdən alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Elçin Quliyevə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Seyidov Taleh Böyükağa oğlunu özünün xalası oğlu Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə Azfen Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 4% gəlir ödəniləcəyini yalandan vəd edib belə niyyəti olmadan 2018-ci ilin aprel ayında 100.000 manat, 2018-ci ilin may ayında 83.500 manat, 2018-ci ilin iyun ayında 60.000 manat, 2018-cu ilin iyul ayında 60.000 manat olmaqla, ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini özünün icarə əsasında işlətdiyi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Astoriya” restoranında Taleh Seyidovdan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Taleh Seyidova külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Nağıyev Vasif İnqilab oğlunu özünün xalası oğlu Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə Azfen Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini yalandan vəd edib belə niyyəti olmadan 2018-ci ilin mart ayında 21.000 manat məbləğində pul vəsaitini Vasif Nağıyevin yaşadığı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2942/A, mənzil 250 ünvanının yerləşən yaşayış binasının yaxınlığında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Vasif Nağıyevə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Həsənzadə Rüfət Maqsud oğlunu özünün xalası oğlu Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə Azfen Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini yalandan vəd edib belə niyyəti olmadan 2018-ci ilin iyun 40.000 manat, 2018-ci ilin noyabr ayında 40.000 manat, 2019-cu ilin mart ayında 33.000 manat olmaqla, ümumilikdə 113.000 manat məbləğində pul vəsaitini özünün icarə əsasında işlətdiyi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Astoriya” restoranında Rüfət Həsənzadədən alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Rüfət Həsənzadəyə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

Bundan başqa, o, yuxarıda qeyd edilən vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı Sadıqov Elgün Binnət oğlunu özünün xalası oğlu Əliyev Orxan Vaqif oğlunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə Azfen Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini yalandan vəd edib belə niyyəti olmadan 05.04.2019-cu il tarixdə 40.000 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyasının yaxınlığında Elgün Sadıqovdan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə öz qulluq mövqeyindən istifadə edərək Elgün Sadıqova külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.

Hazırda yalnız adları qeyd olunan şəxslərə qarşı etmiş olduğu əmələ görə Nicat Qarayevə ittiham elan edilsə də, iş üzrə Eyvazov Raman Əlikram oğluna 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manat maddi ziyan vuraraq dələduzluq etdiyinə görə adları qeyd olunan şəxslər də iş üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar.

Nicat Qarayev bu əməlləri ilə zərərçəkmiş şəxslərə ümumilikdə 3.806.820 manat maddi ziyan vurmuşdur. Qeyd olunan iş üzrə ittihamda adları qeyd olunan Eyvazov Raman Əlikram oğlu, Musayev Sərxan Mətləb oğlu, Qasımov Arif Məhərrəm oğlu, Seyidov Taleh Böyükağa oğlu, Çıraqov İlqar Okean oğlu mənimlə müqavilə bağlamış və sözügedən iş üzrə onların nümayəndəsi kimi onlarla bağlı aparılan istintaq hərəkətlərində iştirak edirəm.

Bildirirəm ki, həmin cinayət işi 22.07.2019-cu il tarixdə Əliyev Orxan Vaqif oğlunun şikayət ərizəsi əsasında başlanmışdır. Maraqlı burasıdır ki, Qarayev Nicat Maarif oğlu tərəfindən xalası oğlu Əliyev Orxan Vaqif oğluna, onun şirkətinə qarşı hər hansı dələduzluq hərəkətləri edilməmiş, ərizəçi Orxan Əliyev vurulmuş ziyan barədə heç nə göstərməmiş, yalnız Nicat Qarayevin dələduzluq əməlləri barəsində məlumat vermişdir.

Burdan da belə qənaətə gəlmək olur ki, Orxan Əliyev və atası Vaqif Əliyev qabaqcadan özlərini sığortalamaq məqsədilə bu cür ərizə ilə müraciət etmişlər. Hazırda adlarını yuxarıda qeyd etdiyim zərərçəkmiş şəxslər hər biri istər ərizələrində, istərsə də ifadələrində pulu Nicat Qarayevə verdiklərini bildirsələr də, həmin pulları Nicat Qarayevin özünə görə deyil, onun yaxın qohumları olan Əliyev Orxan Vaqif oğluna və onun atası Vaqif Əliyevə görə verdiklərini bildirirlər. Nicat Qarayev “Azfen” şirkəti və onun gördüyü işlər barəsində zərərçəkmiş şəxslərə həddindən artıq dəqiq məlumatlar vermişdir ki, bu məlumatları yalnız rəhbər vəzifədə işləmiş şəxs bilmiş olardı.

Bundan başqa, N.Qarayev iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir sıra şəxslərlə 3 ildən çox bu adla işləmiş və həmin şəxslərin pullarını dəqiqliklə vermişdir. Hazırda N.Qarayev ifadəsində nədənsə, “Azfen”in rəhbərliyinin mənafelərini müdafiə edərək pulu bir zərərçəkmişdən alaraq o biri zərərçəkmişə verdiyini bildirir, lakin bu inandırıcı deyildir. Belə ki, uzun müddət zərərçəkmiş şəxslərə vermiş olduğu pulları üzərində müəyyən qazanc olmaqla qaytarmışdır. Belə olan halda o, uzun müddət ərzində həmin qazancla birlikdə pulları qaytara bilməzdi.

Görünən odur ki, bəlli bir qısa müddət ərzində gəlməli pullar N.Qarayevə verilməmiş və birdən-birə zərərçəkmiş şəxslər qarşısında pis vəziyyətdə qalmışdır. Həmiçinin pulları qaytarmadıqdan sonra zərərçəkmiş şəxslər N.Qarayevin əmlak vəziyyətini araşdırmış, məlum olmuşdur ki, onun cəmisi bir evi və bir ədəd maşını vardır ki, bu da iş üzrə müəyyən olunmuş məbləğlərdən dəfələrlə aşağıdır. Hətta onun yaxın qohumlarının da mülkiyyətində əhəmiyyətli dərəcədə bahalı əmlakları yoxdur.

Bu da onu göstərir ki, Nicat Qarayev həqiqətən pulları özü götürməmiş və həmin pulları kimlərəsə vermişdir. İstintaq zamanı həmçinin müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslər N.Qarayevə vermiş olduqları pulları tələb etdikləri zaman o, bir həftəlik Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və sonradan yenidən Azərbaycana qayıtmışdır. Burada sadə məntiq ondan ibarətdir ki, Nicat Qarayev özünü iş üzrə təqsirli bilmir və əmindir ki, həmin pullar şirkət tərəfindən qaytarılacaqdır. Külli miqdarda pulu dələduzluqla ələ keçirmiş və ölkə hüdudlarından kənarda olan şəxs nəyə görə yenidən Azərbaycana qayıtsın ki?

Həmiçinin onu da qeyd etmək istəyirəm ki, N.Qarayev Vaqif Əliyevə məxsus mobil nömrəni zərərçəkmiş şəxslərdən olan Taleh Seyidova vermiş və onunla danışmağı bildirmişdir. Əgər Nicat Qarayev kimlərinsə adından istifadə edərək dələduzluq etmişdirsə, o niyə görə bunu bildiyi halda telefon nömrəsini versin və həmin şəxs də Vaqif Əliyev və onun həyat yoldaşı ilə danışsın? Qeyd olunan danışıqlar indi də var, sübut əhəmiyyəti kəsb edəcəyi halda istintaqa təqdim olunması bizim tərəfimizdən təmin ediləcəkdir”.

Vəkil bildirir ki, iş üzrə istintaqın gedişindən, müstəntiq Elnur Rüstəmovun istintaq əməllərindən narazıdır və baş prokuror Zakir Qaralovdan onu qəbul etməsini xahiş edir.

İstintaq Vaqif Əliyevi “təmizə çıxarmaq” istəyir:
İstintaq Vaqif Əliyevi “təmizə çıxarmaq” istəyir:
 
0.045113086700439