Sumqayıt Şəhər 4 nömrəli Xəstəxanaya baş həkim TƏYİNATI

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

hakimiyyet.az xəbər verir ki, 4 nömrəli xəstəxananın baş həkimi vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

0.066434144973755