“Gələcək nəsillərin payı yeyilir“ – Qubad İbadoğlu

2019-cu illə müqayisədə 2020-ci ildə büdcə parametrlərinin proqnozlaşdırılması məqsədilə neftin qiymətinin hər barrel üçün 60 dollardan 55 dollaradək aşağ salınması nəzərdə tutulsa da, növbəti ilin dövlət büdcəsinin neft daxilolmalarından asılılğı yüksək olaraq qalacaq. Çünki, son illərdə neft sektoru üzrə daxilolmalar Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertin dəyişməsindən sıx asılıdır”.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu büdcə daxilolmalarını şərh edərkən bildirib.

O qeyd edib ki, proqnozlara görə, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 56,1 faizi və ya 13530,0 mln. manatının neft-qaz sektorunun payına düşəcək:

“Bu vəsaitin 11350,0 mln. manatını və ya 83,9 faizini ARDNF transfertləri təşkil edəcək. ARDNF-dən daxilolmalar üzrə bu illə müqayisədə 14,3 mln. manat və ya 0,1 faiz az vəsait proqnozlaşdırılıb. Halbuki, Strateji Yol Xəritəsində ARDNF transfertinin büdcədə payının 15 faizədək azaldılması hədəf kimi müəyyələşdirilib, lakin, 2018-ci ildə bu rəqəm faktiki olaraq 48,7 faiz, 2019-cu ilin proqnozlaşdırılan büdcəsində 49,1 faiz və 2020-ci ildə 47 faiz nisbətində nəzərdə tutulub”.

Q.İbadoğlu vurğulayıb ki, 2020-ci il üçün ARDNF-nin transferti onun həmin il üçün proqnozlaşdırılan gəlirlərinin 91,6 faiz nisbətindədir: “Orta müddətli dövr (2020-2023-cü illərdə) üçün büdcə proqnozlarında ARDNF-dən büdcəyə transfertin həcminin gələn ilki səviyyədə saxlanılması nəzərdə tutulub.

Bu isə o deməkdir ki, ARDNF-nin qarşıdakı illərdə gələcək nəsillər üçün yığım imkanları daha da məhdudlaşacaq. Növbəti illər üçün neft hasilatının və qiymətərinin əvvəlki illərlə müqayisədə hətta o həddə aşağı düşə bilər ki, büdcəyə transfertlərin məbləği ARDNF-nin illik gəlirlərini də üstələyə bilər”.

 

0.04783296585083