Hacıbaba Əzimovun qaranlıq yolu: Geriyə baxma qoca!

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il martında parlamentin yeni tərkibini təbrik edərkən etdiyi çıxışdan sonra xüsusi vüsət alan siyasi açılım, dialoq prosesi 1990-2000-ci illərin təlatümlü hadisələrinin üzə çıxarıb sonra da unutdurduğu siyasi qrup və fiqurlara yenidən üzə çıxma, cəmiyyətə faydalı olma imkanları tanıdı.

İnsafən yaradılmış fürsətdən ölkə siyasətində yenidən iştirak etmək, dövlətə, cəmiyyətə faydalı olmaq üçün düzgün istifadə edənlər daha çox oldu.

Amma təəssüf ki, az sonra köhnə şakərlərini yada salanlar da oldu. Özünü 30 il əvvəl müstəqilliyini yenidən bərpa prosesinin əsas təşəbbüskarı, zəmanəmizin Rəsulzadəsi kimi təqdim etməkdən usanmayan, dedyinə görə haqqı tapdanan “istiqlalçı” deputat, Vahid Azərbaycan Milli Partiyası deyilən, hələ ki rəsmi qeydiyyatlı siyasi qrupun rəhbəri Hacıbaba Əzimov da sonunculardandır. Bir az siyasi tərcümeyi- halını yada salaq. H. Əzimov SovİKP tarixi üzrə tədqiatçı idi; Bakı Kommunasının, Şaumyanın fəaliyyəti üzrə ixtisaslaşmışdı, elmi rəhbəri də Rusiyada bolşevik tarixi üzrə tanınmış mütəxəssislərdən biriydi. 

Adətən , sovet ali məktəblərinin komsomol fəallarına belə rahat mövzular verilər, cəmiyyətə alimlik dərəcəsi ilə  ictimaiyyəti yönləndirmək üçün hazırqəlib ziyalılar təqdim edilərdi. Onların dövrə adəptə qabiliyyətləri də yüksək olardı. Yeni dövrün yeni imkanlar  gətirəcəyini hiss edən bolşevik mətbuatı müətəxəssisləri, “şaumyanşünaslar” sürətlə yeni dalğadan geri qalmamaq üçün sövet dövrünün “ağ ləkələri”ndən, tarixin qaranlıq səhiflərindən bir-birilərindən copy paste yolu ilə məqalələr dərc etməyə başladılar.

Şaumyanşünas H. Əzimov da 90-cı il yanvarından sonra Cümhuriyyət dövrünə aid  bir -iki yazı qaralayır. Və mükafatsız qalmır: Mokvanın təsdiqlədiyi siyahı üzrə Azərbaycan Ali Sovetinə son “seçkili təyinat” da o de yer alırdı. Və 1991-93-cü illərdə  Moskvanın təhrikilə Azərbaycanda separatizm baş qaldıranda   cənub bölgəsindən olan ziyalıların separatçılığa qarşı yuxarıdan təşkilatlandırılması zərurəti yaranmışdı. Bu zaman Ali Sovetin deputatı, elm və təhsillə bağlı komissiyanın üzvü , Dembloka yaxın olan Hacıbaba Əzimovun namizədliyi üzərində dayanılır. Çünki Talış Xalq partiyası ilə AXC-nin Lənkəran və Astara təşkilatlarının tədricən inteqrasiyası, AXC fəallarından olan Əli Nasir, Ələkrəm Hümbətov, Fəxrəddin Abbasov, müəyyən dövrdə isə hərəkata rəğbətli bəzi cənublu ziyalıların da TXP-yə meyillənməsi müşahidə edilirdi.  

Lakin 1992-ci ilin iyunundan rəsmən qurulmağa başlanan partiya yetərili təşkilatlana, cənub zonasında TXP-yə qarşı effektiv ideoloji iş qura bilmədi. 1993-cü il Ali Sovetin TMR hadisələrinə həsr olunmuş iclasında Ali Sovetin sədri, prezident səlahiyətlərinin icraçısı Heydər Əliyev də H. Əzimova bunu irad tutmuş, “xalq gərək sizin arxanızca gedəydi, Ələkrəmlərin yox” deyə qınamışdı.

Bununla yanaşı o, TMR hadisələri vaxtı müəyyən qədər gözləmə mövqeyi tutmuşdu. Deyilənlərə görə, məqsədi universitetin açılması üçün Ə. Hümbətovdan istifadə etmək imiş. Təəssüf ki,  komsomol fəalı keçmişindən qalma hər hadisədən, hər şəxsdən istifadə edib irəli düşmə şakəri qoca professoru ömrünün ahıl çağlarında da tərk etməyib.


Onu danışdıran yalnız öz maraqlarıdır. Bakıda söküntü quruculuq işləri gedir? Demək, daha çox irəli düşmək, imkan olsa bir xalq artistinin etdiyi üçün bir mənzil üçün iki dəfə kompensasiya almaq lazımdır. Lap Mirzə Cəlilin “Quzu” novellasının əldən zirək, dildən pərgar rəncbər personajı kimi. Yooo, vermirlərsə, demək Hacıbala Abutalıbovu “V kolon”, “xalq düşməni” elan etmək lazımdır. Kimsə 1991-ci il avqustun 30-da və oktyabrın 18-də müstəqilik lehinə səs vermiş yüzlərlə deputatı deyil, məhz 1991-ci yanvarından SSRİ-nin saxlanması əleyhinə səs vermiş 43 nəfəri istiqlalçı elan edib, məhz onlara xüsusi imtiyazlar verilməsində israr edir.

Bu, Əzimovun qazanmaq əzmini qane etdiyindən mövzunu gündəmdən düşməyə qoymur. Hər il özünü Müstəqillik aktının əsl müəllifi və  az qala zəmanəmizin Rəsulzadəsi kimi  təqdim edir.  Hərçənd aktın müəllifi BDU və parlamentin hüquqşünasları idi, sifarişçi isə əlbəttə ki ozamankı hakmiyyət idi.  Bunu dediyinə, qoca professorun şişirtmələrini gün işığına çıxardığına görə isə   Şahin Əliyevi V kolon, “xalq düşməni “çıxarır.

 Onun təhrikilə bir qrup siyasətçi Azərbaycan və Türkiyə prezidentlərinə müraciət də ünvanlayırlar. 2020-ci ilin martından sonra PA-da qəbul edilir, dialoq prosesinə qoşulur, II Qarabağ savaşı zamanı ordu və Ali Baş Komandana dəstək ifadə edən bəyatlara da imza atır. Azadlıq Partiyası sədri Əhməd Orucun mediaya müsahiblərində dediyinə görə, Əzimovun özünün və yaşlı xanımın müalicəsinə, sonra  xanımın dəfninə də kömək edilir.

Amma 82 yaşda ona göstərilən diqqətdən riqqətə gələn Əzimov daha çox gözləyirdi və növbəti dəfə hesabı yanıldığını anlayan kimi, dialoq prosesindən  çəklir.  Bu dəfə Qubad İbadoğlunun “Biz” kanalından əskik olmur, işlərinə yaramayan hər kəsi də birlikdə vətən xaini elan edirlər. Bu dəfə gündəm “Siyasi partiyalar haqda” qanundur, qanunun bəzi müddəalarının sərt olacağı haqda hələ 2020-ci il martında Prezident tərəfindən edilmiş çıxışdan anlamaq olardı.“...

Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.  Kifayət qədər aydın  və ədalətli tələbdir. Amma nədənsə bəzi ağzıgöyçək və ağlıitilər yeni tələblərə uyğunlaşmaq, yeri gələrsə, təmərküzləşməyə getmək, ideoloji xətləri, bazaları yaxın partiyaların inteqrasiyası haqda deyil, siyasi-ticari budkalarını qorumaq haqda düşünürlər.

Və sınanmış şantajlarından da qalmır, bu dəfə düşmən siyahılaarını daha da genişləndirirlər. Amma insanlar hərdən öz keçmişlərinə baxıb şkaflarında gizlətdikləri skeletlərinin sayını yada salsınlar. O keçmişin, o tərcümeyi -halın az qala hər ilindən eyni düşmən boylanır. Və “Geriyə baxma, qoca, mən burdayam!” çığırır.

0.088308095932007