QEYDİYYAT BAŞLADI! İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə

                                QEYDİYYAT BAŞLADI!

İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar

gender bərabərliyi naminə

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının icra etdiyi “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafəsi” proqramı çərçivəsində Gender Hub Azərbaycan və ELSA Azərbaycan təşkilatları tərəfindən həyata keçirilən "İnsan hüquqları təhsili: Gənc fəallar və hüquqşünaslar gender bərabərliyi naminə" uzunmüddətli multidisiplinar layihə olub gənc hüquqşünasları və ictimai fəalları bir araya gətirməklə insan hüquqları təhsili vasitəsilə gender perspektivlərini təhlil etmək, araşdırmaq və məişət zorakılığı hallarına cavab mexanizmləri kimi inteqrasiya etmək məqsədi daşıyır.

İnsan hüquqları, xüsusilə gender bərabərliyi sahəsindəki məlumatlılığı artırmaq və hüquqşünasların, gənc fəalların bu sahədə qabaqcıl hüquqi tədbirlərdə iştirak etmələrinə dəstək vermək məqsədi ilə 24-28 aprel 2023-cü il tarixində, layihənin ilkin mərhələsində təlim kursu baş tutacaqdır.

Təlim kursu müddətində iştirakçıların qida və logistika xərcləri, həmçinin regionlardan gələnlərin yol xərcləri təşkilatçı tərəfindən qarşılanacaqdır, bununla birlikdə onların bütün  mərhələlərdə iştirakı əsas meyardır. Layihənin sonunda iştirakçılara beynəlxalq sertifikat veriləcək.

Layihənin əsas hədəf qrupu:

  • Gender əsaslı zorakılıq, gender bərabərsizliyi və ayrı-seçkilik məsələlərinə töhfə vermək istəyən;
  • İnsan hüquqları təhsili konsepsiyasını öyrənmək və tətbiq etmək marağında olan;         
  • Layihənin bütün mərhələlərində iştirak edə biləcək;        
  • 20-29 yaşlı gənclər, gənc hüquqşünaslar, ictimai fəallar, tələbələr.

Layihə 4 mərhələdən ibarət olub aprel-oktyabr aylarını əhatə etməklə sonda 5 iştirakçının BMT-nin Cenevrədəki Baş Qərargahına təhsil səfərində iştirak etməklə ilə yekunlaşacaq.

Son qeydiyyat tarixi: 14 Aprel

 

Qeydiyyat linki: https://cutt.ly/Z7fPr2A

Məlumat paketi:https://cutt.ly/o7jJ90S

0.071738004684448