Mingəçevir xəstəxanasında dəhşət: BAŞÇININ YAXIN ADAMI, CƏRRAH MƏHƏMMƏD QULİYEV XƏSTƏNİ BELƏ ÖLDÜRDÜ - Təfərrüat

7NEWS.azxəbər verir ki, Mingəçevir şəhərində 33 yaşlı Səfərov İmamverdi Şöhrət oğlu əməliyyatdan sonra qəfil dünyasını dəyişib. Xəbərə görə, ölüm hadisəsi şəhər xəstəxanasında qeydə alınıb.

Belə ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlu qasıq (qrija) nayihəsindən əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra gözlənilmədən dünyasını dəyişib.

Hadisə ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki,Mingəçevir Şəhər Xəstəxanasının cərrahı Quliyev Məhəmməd qasıq (qrija) nayihəsindən əməliyyat etdikdən sonra damarlardan birini tikməyi unudub və xəstənin palataya köçürülməsi ilə bağlı göstəriş verib. Palataya çatana qədər daxili qanaxma səbəbindən xəstə elə palatada dünyasını dəyişib.

Məlumat üçün qeyd edək ki, Səfərov İmamverdi Şöhrət oğlu Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yaşayır, kiçik bizneslə məşğuldur, 3 övladı var. Hadisədən dərhal sonra cərrah ailəyə baş çəkərək 40 min manat (qırx min manat) pul müqabilində onlardan şikayətçi olmamalarını xahiş edib. Hadisənin ən maraqlı tərəfi bundan ibarətdir ki, faktiki olaraq ehtiyatsızlıqdan və səhlənkarlıqdan bir insanın həyatına son qoyan cərraha "gözüm üstə qaş var” deyən olmayıb. Məlumatda bircə o qeyd olunub ki, faktla bağl araşdırma aparılır.

Məlumata görə Mingəçevir Şəhər Xəstəxanasının cərrahı Quliyev Məhəmməd icra başçısı İlham İsmayılovla yaxın münasibləri olduğundan aidiyyatı qurumlar müəyyən maraq qarşılığında cinayəti ört-basdır eləməyə çalışırlar. Məsələ ilə bağlı İcra Hakimiyyəti və Şəhər Xəstəxanası ilə əalqə yaratmağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik.

Mövzunu diqqətdə saxlayacaq, Mingəçevir Şəhər Xəstəxanasında son 1 ayda baş verən ölüm hadisələri ilə bağlı geniş reportaj təqdim edəcəyik.

0.047595977783203