R.T.Ərdoğanın yenidən prezident seçilməsi şərəfinə, Azərbaycanlı iş adamlarından alqışa layiq təşəbbüs

Hakimiyyet.az Korrupsiya.az informasiya agentliyinə istinadən xəbər verir ki, mayın 28-i Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gələrək,yenidən Türkiyənin prezidenti seçilməsi münasibəti ilə, azərbaycanlı iş adamları R.T.Ərdoğanın prezident seçilməsi şərəfinə Salyan rayonunun Şorsulu kəndində qurban kəsiblər.

İş adamları bildiriblər ki, ölkə başçısı möhtərəm prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin istiqaməti nəticəsində, “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu, bütün dünya üçün bir nümunədir” fikrini nümayiş etdiriblər.

İş adamları tərəfindən atılan alqışa layiq təşəbbüsə Salyan rayonun millət vəkili Jalə Əhmədova təşkilatçılara xüsusi təşəkkürünü bildirib.

Sonda kəsilən qurban payları Salyan rayonunun Şorsulu kəndində yerləşən Şorsulu əsəb nevroloji xəstəxanasına ianə edilib.

0.15757608413696