Kürdəmirdə bir yaşlı uşağı maşın vuraraq öldürüb

Kürdəmirdə bir yaşlı uşağı maşın vuraraq öldürüb.

APA xəbər verir ki, rayon sakini Sahib Sabir oğlu İskəndərov Kürdəmir rayonu Yenikənd kəndində idarə etdiyi QAZ-53 markalı avtomobili arxaya hərəkət etdirərkən 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovu vurub.

Nəticədə körpə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

0.17111992835999