İnformasiya və dövlət kommunikasiyası sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.

“Report” xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində, Anadolu Agentliyində görüşlər keçirib.

Görüşlər zamanı Türkiyə Milli Müdafiə Nazirliyinin media və dövlət kommunikasiyası ilə yanaşı, strateji kommunikasiya mexanizmi, Mədəniyyət və Turizm Nazirliyinin PR strategiyası, ölkə tanıtımı və turizmin potensialının təşviqi, Anadolu Agentliyinin ölkədaxili, regionda və qlobal miqyasda fəaliyyəti, müasir dövrdə jurnalistika və media ilə iş mövzusunda təqdimatlar edilib və təcrübə mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

0.08764386177063