Bir həkimin qazilik hekayəsi: “Əlil olsam da, yenə cəbhəyə gedərəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV Vətən müharibəsi qazisi Ruslan Qurbanini ziyarət edib.

Hərbi həkim Ruslan Qurbani qazilik hekayəsindən bəhs edib.

O qeyd edib ki, onların xidmət etdiyi hərbi hissə sentyabrın 27-si döyüşlər başlayan zaman Füzulinin Qaraxanbəyli istiqamətində hücuma keçib.

“Oktyabrın 10-da məlumat verildi ki, yaralı əsgərimiz var. Biz yaralının olduğu yerə gedərkən maşını vurdular. Mən və sürücü yaralandıq. Bir müddət Azərbaycanda müalicə olunduq. 2021-ci ilin iyun ayında qardaş Türkiyəyə müalicəmin davam etdirilməsi üçün göndərildim. 2022-ci ildə avtomobil və işlə təmin olundum”, - R.Qurbani bildirib.

Əlil olmağını qüsur kimi görmədiyini bildirən qazimiz ehtiyac olarsa, yenə də cəbhəyə getməyə hazır olduğunu deyib.

Ətraflı süjetdə:

0.086353063583374