AVRO-2024: Üç komanda final mərhələsinə vəsiqə qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları keçirilib.

hakimiyyet.az-ın məlumatına görə, B, F və J qruplarında 7 görüş baş tutub.

Keçirilən qarşılaşmalardan sonra 3 komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirib. B qrupunda Fransa, F qrupunda Belçika, J qrupunda isə Portuqaliya rəqibini məğlub edərək, qitə birinciliyində iştirakı təmin ediblər.

AVRO-2024, seçmə mərhələ
VII tur
13 oktyabr

B qrupu

22:45. İrlandiya - Yunanıstan - 0:2
22:45. Niderland - Fransa - 1:2
Xal durumu: Fransa - 18 xal (6 oyun), Yunanıstan - 12 (6), Niderland - 9 (5), İrlandiya - 3 (6), Cəbəllütariq - 0 (5)

F qrupu

20:00. Estoniya - Azərbaycan - 0:2
22:45. Avstriya - Belçika - 2:3
Xal durumu: Belçika - 16 (6), Avstriya - 13 (6), İsveç - 6 (5), Azərbaycan - 4 (5), Estoniya - 1 (6)

J qrupu

22:45. İslandiya - Lüksemburq - 1:1
22:45. Portuqaliya - Slovakiya - 3:2
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina - 0:2
Xal durumu: Portuqaliya - 21 (7), Slovakiya - 13 (7), Lüksemburq - 11 (7), Bosniya və Herseqovina - 9 (7), İslandiya - 7 (7), Lixtenşteyn - 0 (7).

0.086613178253174