Qusarda üç nəfər zəhərlənib, ikisi ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusar şəhərində üç nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaşdırlar. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

0.088388919830322